sorğu
2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi"keçiriləcək.
Həftə ərzində keçiriləcək layihələrə toxunan Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Belediyye.infoya açıqlamasında bildirib ki, hər il olduğu kimi bu ildə bələdiyyə iclasında həftə ərzində görüləcək işlərin planı müzakirə edilərək təsdiq edilib.
ilk növbədə həftə ərzində Bakıxanov bələdiyyəsinin rəhbərləri (sədr və müavinlər) həftə ərzində açıq qapı günlərində qəsəbə sakinlərini səhər saat 9:00-dan axşam saat 17:00-dək qəbul edəcəklər.
Noyabrın 2-də saat 17:00-da isə Bakıxanov bələdiyyəsinin qarşısında qəsəbə sakinləri ilə görüş keçirilməsi nəzərdə tutulub.
Belediyye.info